Elektron xidmətlər sistemi

Elektron xidmətlərin siyahısı

Reqlamentə uyğun göstərilən elektron xidmətlər

1 Ərizə; NÜMUNƏ
2 Müəssisənin dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin surəti;
3 "Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamə;"
4 "Ərizədə göstərilən obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənəd;"
"Xüsusi icazə verilməsi üçün tələb olunan zəruri şərait və şərtlərə (bu şərtlərə ərizəçinin ərizədə göstərilən fəaliyyət növü ilə məşğul olacaq hər bir obyekti uyğun olmalıdır) cavab verən aşağıdakı sənədlər:"
5 "elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin həyata keçirilməsi üçün istifadə olunan radioaktiv maddələrin, avadanlıqların və cihazların saxlanması üçün binalar, məntəqə və anbarların istismara qəbul edilməsi aktı;"
6 "ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların texniki təhlükəsizlik ekspertizasından keçməsi haqqında akt və həmin qurğuların fiziki mühafizəsinin təşkil edilməsi barədə arayış;"
7 dövlət ekoloji ekspertizasının rəyi;
8 "xüsusi icazə verilməsi nəzərdə tutulan fəaliyyət növü üzrə ərizəçilərin və yaxud onların mütəxəssislərinin müvafiq ixtisasa malik olmaları haqqında sənədlərin (vəsiqələrin — diplomların) surətləri."
1 Ərizə; NÜMUNƏ
2 Müəssisənin dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin surəti;
3 "Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamə;"
4 "Ərizədə göstərilən obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənəd;"
"Xüsusi icazə verilməsi üçün tələb olunan zəruri şərait və şərtlərə (bu şərtlərə ərizəçinin ərizədə göstərilən fəaliyyət növü ilə məşğul olacaq hər bir obyekti uyğun olmalıdır) cavab verən aşağıdakı sənədlər:"
5 radioaktiv maddələrin, avadanlıqların və cihazların saxlanması üçün müvafiq binaların, məntəqə və anbarların istismara qəbul edilməsi aktı, radioloji-gigiyenik pasportu;
6 xüsusi icazədə göstərilən fəaliyyət növlərinin həyata keçirilməsi ilə məşğul olan mütəxəssislərin ixtisası (vəsiqələrin, diplomların surəti) və onların təlimatlandırılması barədə məlumat;
7 ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası üçün sahələrin seçilməsində fiziki mühafizənin və ətraf mühitin qorunmasının təmin edilməsinin nəzərə alınması, həmin sahələrin və ətraf ərazilərin geoloji, seysmoloji, hidroloji və meteoroloji xarakteristikaları, təhlükəli və nəzarət edilən zonalara kənar şəxslərin daxil olmasının qarşısını alan maneələr barədə məlumat;
8 qəzaların qarşısının alınması və onun nəticələrinin ləğv edilməsi proqramı;
9 ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının istismardan çıxarılması üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış tədbirlər proqramı;
10 yaxın avtomobil və dəmir yolları, su mənbələri və kəmərləri və digər kommunikasiya xətləri barədə məlumat;
11 radioaktiv maddələrlə və ionlaşdırıcı şüaları verən mənbələrlə işləyən heyətin radioaktiv zonada olmasının nəzərdə tutulmuş vaxt həddinin hesablamalarını əks etdirən sənəd.
1 Ərizə; NÜMUNƏ
2 Müəssisənin dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin surəti;
3 Ərizədə göstərilən obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənəd;
Xüsusi icazə verilməsi üçün tələb olunan zəruri şərait və şərtlərə (bu şərtlərə ərizəçinin ərizədə göstərilən fəaliyyət növü ilə məşğul olacaq hər bir obyekti uyğun olmalıdır) cavab verən aşağıdakı sənədlər:
4 ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantılar anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanması üzrə fəaliyyət növünə xüsusi icazə verilməsi üçün tələb olunan zəruri şərait və şərtlərə cavab verən aşağıdakı sənədləri:
5 xüsusi icazədə göstərilən fəaliyyət növlərinin həyata keçirilməsi ilə məşğul olan mütəxəssislərin ixtisası (vəsiqələrin, diplomların surəti) və onların təlimatlandırılması barədə məlumat;
6 ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğular, radioaktiv maddələrin saxlanma məntəqələri və radioaktiv tullantılar anbarları üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanmasında istifadə olunan materiallara ətraf mühitin və radiasiyanın yüksək təzyiqə, yüksək və alçaq temperatura, suyun, rütubətin və kimyəvi maddələrin təsirinin, həmin materialların korroziyasının və mexaniki dözümlüyünün nəzərə alınması barədə məlumat;
7 radiasiya təhlükəsizliyi üzrə mövcud normalara uyğun olaraq, bu Qaydalarda göstərilmiş təyinat üçün layihələşdirilmiş və hazırlanmış texnoloji avadanlığın və radiasiya təhlükəsizliyi vasitələrinin sınaqlarının keçirilməsi və istismar müddəti, radiasiyadan mühafizəsi, radioaktiv çirklənmənin aradan qaldırılması və profilaktik-təmir işlərinin aparılmasının dövriliyi barədə məlumat;
8 texnoloji avadanlığın və radiasiya təhlükəsizliyi vasitələrinin hazırlanması və saxlanması üçün müvafiq binaların, məntəqə və anbarların istismara qəbul edilməsi aktı.
1 Ərizə; NÜMUNƏ
2 Müəssisənin dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin surəti;
3 Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamə;
4 Ərizədə göstərilən obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;
Radioaktiv maddələrin hasilatı, istehsalı, emalı və həmin maddələrdən istifadə ilə əlaqədar işlərin aparılmasına xüsusi icazə verilməsi üçün tələb olunan zəruri şərait və şərtlərə cavab verən aşağıdakı sənədlər:
5 radioaktiv maddələrin hasilatı, istehsalı, emalı və həmin maddələrdən istifadə ilə əlaqədar iş yerlərinin, radioaktiv maddələrin, radioaktiv mənbəli avadanlıq və cihazların saxlanması üçün müvafiq binaların, məntəqə və anbarların istismara qəbul edilməsi aktı, radioloji-gigiyenik pasportu;
6 radioaktiv maddələrin hasilatı, istehsalı, emalı və həmin maddələrdən istifadə ilə əlaqədar iş yerlərinin, radioaktiv maddələrin, radioaktiv mənbəli avadanlıq və cihazların saxlanması üçün binalar, məntəqə və anbarların fiziki mühafizəsinin təşkil edilməsi haqqında arayış və bu sahədə cavabdeh olan şəxs (şəxslər) haqqında məlumat;
7 istifadə edilməsi nəzərdə tutulan radioaktiv mənbəli qurğular, cihazlar, avadanlıq və radioaktiv maddələr barədə məlumat (seriya nömrəsi, modeli, mənşə ölkəsi, maksimum gərginliyi, maksimum enerjisi, şüalanmanın növü və maksimum aktivliyi);
8 peşə şüalanmasının məhdudlaşdırılmasının, qiymətləndirilməsi və mühafizənin keyfiyyətinin təmin olunması, əmək şəraiti, ətraf mühitin və əhalinin şüalanmadan mühafizəsi haqqında məlumat;
9 qəza zamanı müdaxilənin həyata keçirilməsi üzrə tədbirlər proqramı;
10 işləyən heyətin radiasiya zonasında olmasının nəzərdə tutulmuş vaxt həddinin hesablamalarını əks etdirən sənəd və fərdi şüalanma doza səviyyəsinə nəzarət barədə məlumat;
11 mütəxəssislərin texniki-mühəndis ixtisasına malik olmaları haqqında rəsmi sənədlərin (vəsiqələrin-diplomların) surəti.
Radioaktiv maddələrin nəqli ilə əlaqədar işlərin aparılmasına xüsusi icazənin verilməsi üçün tələb olunan zəruri şərait və şərtlərə cavab verən aşağıdakı sənədlər:
1 Ərizə; NÜMUNƏ
2 Gəmi sahibinin şəxsiyyətini təsdiq edən sənəd;
3 "Azərbaycan Respublikası ərazisində yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün gəmi sahibi və ya onu əvəz edən səlahiyyətli şəxsin qanunvericilikdə nəzərdə tutulmuş qaydada şəxsiyyətini təsdiq edən sənəd."
Gəminin və mühərriklərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada əldə edilməsini təsdiq edən sənədlərin əsli və surəti (aşağıda göstərilən sənədlərdən ən azı biri təqdim olunmalıdır):
4 qaimə;
5 alqı-satqı və ya bağışlanma müqaviləsi;
6 vərəsəlik haqqında şəhadətnamə;
7 xarici dövlətlərin dövlət gəmi reyestrindən çıxarılmasını təsdiq edən sənəd;
8 müfəttişlik tərəfindən gəminin istismara yararlı olması haqqında təqdim olunmuş texniki baxış aktı;
9 zavodda istehsal olunan gəmilərə, əsas və ya asma mühərriklərə aid olan texniki sənədlərin əsli və surəti;
10 gəminin dövlət qeydiyyatına alınması üçün müəyyən edilmiş haqqın ödənilməsini təsdiq edən sənəd;
11 Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquq müəyyən edən sənədlər
Hüquqi şəxsə məxsus olan gəminin dövlət qeydiyyatı üçün yuxarıda göstərilənlərdən əlavə aşağıdakı sənədlər təqdim olunur:
12 hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən şəhadətnamənin əsli və surəti;
13 qeydiyyatdan keçirilən gəminin, müəssisənin balansında olması haqqında arayış;
14 gəminin istismarına görə məsul şəxsin təyinatı haqqında, müəssisə rəhbəri tərəfindən verilmiş əmrin surəti;
15 dövlət qeydiyyatı üçün lazım olan sənədləri Müfəttişliyə təqdim edən şəxsə verilmiş etibarnamə.